Azərbaycan National Geographic Traveler sağlamlıq istirahəti mükafatının top-5 daxil olub

TurStat analitik agentliiyi National Geographic Traveler Awards 2017 mukafatı üzrə aparılmış internet səsvermənin ilkin nəticələrini təhlil edib.

Azərbaycan “Sağlamlıq istirahəri” nominasiyası üzrə top-5 daxil edilib. Bu nominasiyanın lideri İsraildi, beşliyə həmçinin Almaniya, Sloveniya və İsveçrə daxil edilib.

Qəbələdə yerləşən Chenot Palace oteli isə “Ən yaxşı kurort oteli” top -5 daxil edilib.

Çimərlik turizmi üzrə lider Yunanıstandır, ailə turizmi üzrə – Kipr, ekskursiya üzrə – İtaliya, dağ-xizək turizmi – Avstriya, macəra turizmı  – Argentina, ekzotika – Yaponiya, qastronomik və aqroturizm – Gürcüstan, “ilin açışı” isə Çin hesab olunur.

National Geographic Traveler Awards 2017 mükafatı üzrə səsvermə 15 may-15 oktyabr tarixlərində qeyd olunan lində keçirilir:

http://www.nat-geo.ru/ngt-awards-2017/