Bakıda möhtəşəm turizm tədbirlərindən olan Prime Travel Market 2017 keçirilib

Tədbiri Mədəniyyət və turizm nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə The Prime Consulting şirkəti təşkil edib. Prime Travel Market-də 120-dən çox yerli 40- yaxın isə xarici  turizm şirkətləri iştirak edib.

Tədbirdə çıxış edən Mədəniyyət və turizm nazırı Əbülfəz Qarayev bu tədbirin Azərrbaycanda lyuks turizminə təsirindən danışdı. Nazir həmçinin son illərdə Azərbaycanda turizm sahəsində aparılan islahatlardan, sahənin artıq qeyri neft sektorunun prioritet istiqamətlərindən birinə çevrilməsindən, və olkənin prioritetlərinin dəyişməsi fonunda turizmin ölkə iqtisadiyyatınə verə biləcək tövhələrdən danışdı.

Prime Travel Market – bütün dünyadan lüks turizmin peşəkarlarını bir araya yığan eksklyuziv tədbirdir. Tədbir çərçivəsində iştirakçılar potensial tərəfdaşlar və ekspertlərlə  danışıqlar aparmaq, aparıcı lyuks otellerərin səyahət sahəsində yeni tendensiyalar barədə və yeni trendlər barədə məlumat almaq imkanına malik oldular.