Azərbaycan Turizm Assosiasiyası yerli şirkətlərin 23 Daşkənd Beynəlxalq Turizm Yarmarkasında iştirakını təşkil edib

Azərbaycanın turizm potensialı 23 Daşkənd Beynəlxalq Turizm Yarmarkası – “İpək Yolunda Turizm” adlı sərgidə nümayiş olunub.

Sərgi 3-5 oktyabr tarixində keçirilib. Ölkəmizi tədbirdə Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə Khazar Travel, Gilan Hospitality və My Travel şirkətləri təmsil edib. Azərbaycanın stendi, olkədə turizmin aktiv inkişafı və təbliği fonunda, iştirakçılar və qonaqlar arasında böyük maraq doğurub.

Sərgidə 32 ölkədən 50-dən artıq şirkət iştirak edib.