Bu gün Azərbaycan Turizm Assosiasiyyasının ofisində ASAN Visa prosedurunun təqdimatı keçirilib

ASAN Visa –nın direktoru İsmayıl Əbdüləzimovun keçirdiyi təqdimatda AZTA-nın idarə heyəti və komitə rəhbərləri, eləcə də  mədəniyyət və turizm nazirliyinin nümayəndələri də iştirak edib.

İştirakçılara verilən məlumata görə,  ASAN Visa-nın alınması müddəti standart olaraq 3 gün, təcili – 3 saat təşkil edir. Standart vizanın dəyəri $20, təcili vizanın isə $23.  ASAN Visa xidməti www.evisa.gov.az saytı vasitəsi ilə  24 saat aktivdir.

Görüşdə qeyd edilib ki, indiyə kimi ASAN Visa almaq üçün 237 832 müraciət daxil olub, onlardan 8151 müraciətə səhf məlumat təqdim olunduğuna görə imtina olunub, lakin, məlumat yeniləndikdən sonra müraciət yenidən baxılıb və viza təqdim olunub.  ASAN Visa həmçinin ölkəyə qrup şəklində gələn turistlərə də təqdim olunur.  Son məlumata görə ən çox, yəni 38% müraciət İran turistlərindən daxil olub, Pakistan, Almaniya 6-7%, 22% isə  digər ölkələrdən olan turistlərin payına düşür.