Azərbaycan Turizm Assosiasiyasında bu gün Türkiyə səfirliyi və Türk Hava Yolları şirkətinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan turistləri üçün Turkiyənin kurort şəhərlərində xüsusi endirimlərin tətbiq edilməsi məsələsinə tövhə vermələrini təklif etdi

Görüşdə əsasən Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığın, o cümlədən Azərbaycana turizm axınının artırılması üçün lazım olan tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olundu.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov görüş zamanı 1-3 noyabr 2017-ci il tarixində Ankara şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan 3-cü Milli Turizm Sammiti barədə söhbət açdı.

Nahid Bağırov Sammit çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəz Qarayevın qeyd etdiyi turizm sənayesi və mədəniyyət üzrə ixtisaslaşmış assosiasiyaların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə Komissiyasının yaradılması məsələsi və Bakı – Tbilisi – Qars dəmiryolu üzrə turist mübadiləsinin təşkili məsələlərinin vacibliyini qeyd etdi.

Assosiasiyanın sədrı səfirlik nümayəndələrinə yay turizm mövsümü zamanı azərbaycan turistləri üçün Turkiyənin kurort şəhərlərində xüsusi endirimlərin tətbiq edilməsi məsələsinə tövhə vermələrini təklif etdi. Tərəflər həmçinin Azərbaycan Turizm Assosiasiyasının təşkil etdiyi bələdçi və otel xidmətçilərinin hazırlanması üçün ixtisaslaşdırılmış türkiyəli müəllimlərin göndərilməsi məsələsi ətrafında razılığa gəldilər