Turizm dostları ilə birgə Team Building adlı tədbir keçirildi

15-16 Yanvar 2018-ci il tarixində “Horeca Management” və “Joy Travel” şirkətlərinin birgə təşkilatçılığı ilə Nabranda fəaliyyət göstərən River İNN Hoteldə “Turizm dostları ilə birgə Team Building” adlı tədbir keçirildi.

Tədbir çərçivəsində “Turizm və otelçilik” mövzusunda Azərbaycanın aparıcı turizm şirkətlərinə seminar təşkil edildi. Seminarın keçirilməsində əsas məqsəd turizm şirkətləri və mehmanxanalar arasında turizmin inkişafına dair əməkdaşlıqların qurulmasına dəstək olmaq və turizm dostları şəbəkəsi yaratmaqla gələcək üçün ortaq fəaliyyət planları işləyib hazırlanmasına nail olmaqdır.

Qeyd edək ki, tədbir zamanı 30-a yaxın Turizm şirkətlərinin rəhbər şəxslərinə və əməkdaşlarına müxtəlif komanda quruculuğu istiqamətində oyunlar, əyləncəli proqramlar, River İNN Hoteli ilə yaxından tanışlıq məqsədli İnfo tur və sonda Nabran meşəsində Manqal Party təşkil edildi.