Azərbaycan Turizm Assosiasiyası və Macarıstan Turizm Operatorları Assosiasiyası əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar

Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Macarıstan Turizm Operatorları Assosiasiyası (MUISZ) əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar.

Bu barədə razılıq bu gün Azərbaycan Turizm Assosiasiyasının ofisində keçirilən Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş çərçivəsində əldə olunub.

Görüş zamanı turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olundu. Tərəflər həmçinin aprel ayında AZTA üzvləri üçün infoturun təşkil edilməsi barədə qərara gəldilər.