Azərbaycan Turizm Assosiasiyası Qazaxstanın Beynəlxalq XVIII “Turizm və Səhayətlər” Sərgisində iştirak edir

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Qazaxstanın Beynəlxalq XVIII “Turizm və Səhayətlər” Sərgisində (KITF -2018) iştirak edir.
AZTA sədri Nahid Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti sərgi iştirakçılarına Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verir və xüsusi reklam materialları təqdim edirlər. Azərbaycan stendi içtirakçılar tərəfindən böyük maraqla qarşılanır.
Sərgi çərçıvəsində AZTA nümayəndə heyəti digər ölkələrin nümayəndələri ilə bir sıra məhsuldar görüşlər keçirib və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb. İlkin nəticələr əldə olunub.
Azərbaycanın turizm imkanlarına marağı nəzərə alaraq, AZTA artıq KITF -2019 sərgisində iştirakı barədə xüsusi müqavilə imzalayıb.
Sərgidə aktiv iştirakına görə AZTA təşkilatçılar tərəfindən Sertifikatla təltif olunub.