AZTA Azərbaycanın səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığını genişləndirir

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Azərbaycanın səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığını genişləndirir.

AZTA –nın idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov Azərbaycan Respublikasının Hindistan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əşrəf Şıxəliyevi qəbul edib.

Görüş zamanı son illər Azərbaycanda hər sahədə olduğu kimi, turizm sahəsində də əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri müzakirə olundu. Göydəniz Qəhrəmanov səfirə yanvar ayında Hindistanda assosiasiyanın nümayəndiliyinin açılması haqqında məlumat verdi və qeyd etdi ki, nümayəndəlik Azərbaycana turist axınıın artırılması istiqamətində ciddi işlər görür.

Səfir bu addımı yüksək qiymətləndirərərək öz fəaliyyəti dövründə AZTA-nın Hindistana həyata keçirəcəyi bütün layihələrə, eləcə də turist axınının təmin olunmasına dəstək verəcəyinə söz verdi.

AZTA-nın fəaliyyətinin genişləndirməsində məqsəd, hökümətin 2018-ci il birinci rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevin turizm sahəsinin inkişafı, eləcə də turist axının artırılması istiqamətində səylərin artırılması haqqında tapşırığının həyata keçirilməsindən ibarətdir.