“Bank Silk Way” World Mastercard Black Edition Miles Kobrend premium kartını təqdim edir

«Bank Silk Way» «AZAL» aviaşirkəti və Mastercard beynəlxalq ödəniş sistemi ilə birgə Mastercard Black Edition Miles kobrend premium kartını buraxır. Sözügedən kart bankın hesab etibarilə 7-ci Miles kartıdır. Sözügedən ko-brend layihəsi çərçivəsində müvafiq razılaşma “Bank Silk Way” nəzarət şurasının sədri Elçin Əhmədov, Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev və Mastercard-ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov arasında imzalanmışdır.
Mastercard Black Edition Miles kartını səciyyələndirən cəhətlər parlaq dizayn, artırılmış mil hesablaması, yenilikçi həllər dünyanın istənilən şəhərində mövcud xüsusi imtiyazlar kompleksidir. Bu kart ən yüksək səviyyədə rahatlığı və çoxlu səyahəti sevən insanlara ideal şəkildə uyğundur. Kartlar 2 və 3 il müddətinə buraxılır. Müştərinin seçimindən asılı olaraq kart manat, ABŞ dolları və ya avro ilə verilə bilər.
Mastercard Black Edition Miles kartının üstünlükləri:
• Kart əldə olunarkən 400 hədiyyə balı verilir;
• Ölkənin xaricində xərclənən hər 3 AZN üçün 1 bal verilir;
• Ölkə daxilində xərclənən hər 6 manata 1 bal verilir;
• PriorityPass kartı hədiyyə verilir – dünyanın 1100-dən çox hava limanı zalına çıxış imkanı;
• Dünyanın istənilən ölkəsində 24/7 rejimində MasterCard Concierge xidməti;
• Müştərilər və onların ailə üzvləri üçün 374.500 avro sığorta polisi ilə xaricə gedənlərin pulsuz sığorta proqramı;
• Dünyanın istənilən yerində Mastercard qlobal dəstək xidməti;
• Mastercard Global Airport Concierge dünyanın 700-dən çox hava limanında mövcuddur;
• Mastercard Premium Klublar – Hertz və Avisdən avtomobil icarəsi üçün xüsusi şərtlər və endirimlər;
• Mastercard-dan əvəzsiz güzəştlər – www.mastercard.az saytında tərəfdaşlar şəbəkəsində kartla ödəniş zamanı avtomatik endirimlər;
• hədiyyə olaraq “SW Club” endirim kartı;
• hədiyyə olaraq “Duty Free” endirim kartı;
• Salam Lounge zalına birdəfəlik səfər üçün hədiyyə kuponu;
• “Salam Lounge” və “Baku Club” biznes zallarına xüsusi şərtlərlə giriş;
• İnternet bankinq və mobil bank xidmətinə pulsuz qoşulma və xidmət
• ATM-lərdə 10 000 AZN / USD / EUR-ya qədər nağd pul çıxarmaq üçün limit.
Xatırlatmaq istərdik ki, “Bank Silk Way” bankının Miles kartı özündə bank kartının üstünlüklərini və Azal Miles proqramı iştirakçısının imtiyazlarını birləşdirən birgə ödəniş kartıdır. Gündəlik alış-verişivə xidmətləri Miles kartı vasitəsilə ödəyərkən kart sahibi öz hesabına bal yığır. Ballar dünyanın istənilən valyutasında hesablanaraq toplanır (manat ekvivalentində). Millər də həmçinin AZAL aviaşirkəti ilə uçuşlar zamanı toplanır. Alınan milləri kart sahibi AZAL aviaşirkətinin reysləri zamanı pulsuz uçuş biletinə, təyyarə göyərtəsində xidmət sinfinin artırılmasına və ya AZAL Miles proqramının partnyor xidmətlərinə dəyişə bilər.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, www.banksilkway.az saytına daxil olun, (012) 931 müştəri xidməti mərkəzinə zəng edin və ya “Facebook” www.fb.com/swbankmiles Bankın rəsmi səhifəsinə baxın
Daha çox alın, daha çox səyahət edin!