Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyevin ünvanına Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikşvili adından təşəkkür məktubu daxil olmuşdur

Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Zakir Əliyevin ünvanına Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi cənab Zurab Pololikşvili adından təşəkkür məktubu daxil olmuşdur.

Məktubda cənab Pololikaşvili ÜTT adından cənab Əliyeva peşəkar fəaliyyətinə, ölkənin turizm sektorunun inkişafına töhfə verdiyinə və BTİM-in (ÜTT-nın əlaqəli üzvü) direktoru qismində ÜTT-nın tədbirlərində və fəaliyətində iştirakına görə təşəkkürünü bildirmişdir.

Məktubda həmçinin Əliyevin ölkəsində turizmin inkişafına yönəlmiş səylərinin davam edəcəyinə dair əminlik vurğulanmışdır.

ÜTT- BMT-nin hökumətlərarası ixtisaslaşmış təşkilatı olaraq 158 iştirakçı ölkəni və 507 əlaqəli üzvünü birləşdirir. Bakı Turizm İnformasiya Mərkəzi 2011-ci ildən ÜTT-nın əlaqəli üzvüdür.