Azərbaycan Turizm Assosiasiyası nəzdində yeni aviaşirkətlərlə iş üzrə xüsusi komitə yaradılır

Azərbaycan Turizm Assosiasiyası (AZTA) nəzdində yeni aviaşirkətlərlə iş üzrə xüsusi komitə yaradılır.
Azərbaycan Turizm Assosiasiyasının nəqliyyat məsələləri üzrə komitəsinin növbəti iclası keçirilib. İclasda AZTA idarə heyətinin üzvləri, o cümlədən assosiasiyanın sədri Nahid Bağırov, Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev , eləcə də “Turkish Airlines”, “Ethihad Airlines”, “Qatar Airways”, “Air Astana” şirkətlətinin nümayəndələri iştirak edib.
Görüşdə iştirak edən aviaşirkətlərin nümayəndələri Azərbaycan Turizm Assosiasiyasına üzv olmaq təşəbbüsü ilə çıxış ediblər. Tərəflər arasında ilkin razılaşma əldə olunduğu üçün yaxın zamanlarda aviaşirkətlərin üzvlük prosesinin rəsmiləşdirilməsi prosesi həyata keçiriləcək.