AZTA Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ekolojı marşrutlar hazırlayacaq

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı genişləndirir.

Bu gün assosiasiyada nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə və AZTA-nın Gəlmə Turizm Komitəsi və Daxili Turizm Komissiyası arasında görüş keçirilib. Görüşün əsas müzakirə mövzusu Azərbaycanın geniş turizm potensialı olan regionlarına ekolojı marşrutların hazırlanması və onların birgə inkişafı məsələləri oldu.

Tərəflər mövcud vəziyyəti və inkişaf perspektivlərini nəzərə alaraq, bu sahədə gələcək fəaliyyətin prioritet istiqamətlərini müəyyən etdilər və birgə fəaliyyət haqqında qərara gəldilər.