Azərbaycan Turizm Assosiasiyası Beynəlxalq Turizm Gününə həsr olunmuş tədbir təşkil etdi.

Azərbaycan Turizm Assosiasiyası (AZTA) 27 sentyabr – Beynəlxalq Turizm Gününə həsr olunmuş tədbir təşkil etdi.

Tədbirdə çıxış edən AZTA sədri Nahid Bağırov qonaqları salamlayaraq, Azərbaycanın turizm sənayəsinin inkişafına tövhəsi olan hər bir kəsi səmimi qəlbdən təbrik etdi, vacib və məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı.  Assosiasiya rəhbəri son illərdə Azərbaycanda, birbaşa dövlət və hökumətin dəstəyi, o cümlədən son zamanlarda Dövlət Turizm Agentliyinin  həyata keçirdiyi fəaliyyət nəticəsində, turizm sahəsində əldə olunmuş nəaliyyətlər barədə danışdı, qeyd etdi ki, artıq ölkəmiz beynəlxalq turizm bazarının iştirakçısına çevrilib.

Nahid Bagırov tədbir iştirakçılarına Azərbaycan Turizm Assosiasıyasının bundan sonra da ölkəmizin turizm sənayəsinin inkişafı naminə aktiv fəaliyyətini davam edəcəyi barədə danışdı.

Bundan sonra  tədbir xüsusi Döş nişanları, Diplomlar və Təşəkkürnamələrin verilməsi ilə davam etdi.

Döş nişanları alanlar sırasında Mustafayev İlqar (Sputnik Travel),  Quliyev Ruslan (Millennium Toursim Congress), Seyfullah İlyas (Türk Hava Yollarının Bakı Müdiri),  Əliyev Azad (Eurotourism Travel),      Elçin Zeynalabdin (Sheraton Hotel Gm), Rüfət Yusifov (Bələdçi), Elşən Qurbanəliyev  ( Bulvar Otel GM), Aleksandr Quliyev  (Silkway Travel), Vüqar Yusibov (Carlton Travel) var.

Diplomlara İldırım Musayev (“İctimai iaşə sahəsində maarifləndirmə” İB),  Müzəffər Abbasov (Galaxy Travel),  Svetlana Hüseynova (Vizit Tur), Rəhman Quliyev (Luna Travel),  Nərgiz Babayeva (AZTA), Vüsal Hacıyev (Victory Tour), Əhməd Qurbanov (AZTA), Xəyal Əliyeva (Greenwich Travel),  Murat Gözütok (Days Hotel GM), Samirə Quliyeva (AZTA) layiq görüldülər.

Bundan başqa Azərbaycan Turizm Assosiasiyasının, o cümlədən turim sahəsində xəbərləri fəal işıqlandırdıqlarına görə , FİNS.AZ,  ABC.AZ,   HAQQİN.AZ,  DAY.AZ və  REPORT.AZ informasiya agentliklərinin nümayəndələrinə xüsusi Təşəkkürnamələr təqdim olundu.

Daha sonra tədbir qeyri-rəsmi foermatda davam etdi.