“Türk Hava Yolları” aviaşirkəti Azərbaycan Turizm Assosiasiyasının tam hüquqlu üzvü oldu

“Türk Hava Yolları” və  Azərbaycan Turizm Assosiasiyası arasında üzvlük haqqında danışıqlar artıq bir neçə müddətdir edir. Danışıqların nəticəsi olaraq, “Türk Hava Yolları” Azərbaycan Turizm Assosiasiyasının tam üzvləri siyahısına əlavə olundu.

Beləliklə “Türk Hava Yolları” Azərbaycan Turizm Assosiasiyasının üzvlüyünə daxil olmuş ikinci aviaşirkət oldu. Bundan öncə “Azərbaycan Hava Yollar” aviaşirkəti AZTA üzvluyünə qəbul olunub.

AZTA rəhbəri Nahid Bağırov “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyası bü münasibətlə təbrik etdi və xüsusi üzvlük Serifikatı təqdim etdi.

“Hörmətli Seyfullah bəy, Sizi siralarımızda görməyə çox şadıq və mən əminəm ki, “Türk Hava Yolları” Azərbaycanda turizm sektorun inkişafına öz tövhəsini verəcək. Bu fəaliyyətinin Azərbaycan Turizm Assisiasiyası ilə əməkdaşlıq formatında həyata keçirilməsi bizim üçün çox sevindirici haldır”- bunu N.Bağırov deyib.

Seyfullah ilyas isə oz növbəsində şirkətin  Azərbaycan Turizm Assosiasiyası üzvlüyünə daxil olmasından məmnunluğunu bildirdi və qeyd etdi ki, ölkənin turizm sənayəsinin inkişafında da bundan sonra da aktiv iştirak edəcək.