AZTA istifadə etdiyi turizmin təbliğat alətlərinin çeşidini artırır

Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkənin turizm potensialının təbliğində yeni mərhələyə qədəm qoydu.

10 ildən artıqdır ki fəaliyyət göstərən AZTA, indiyə qədər Azərbaycanın turizm potensialını beynəlxalq tədbirlərdə, o cümlədən beynəlxalq sərgi və konfransda iştirak edərək, ölkəyə və olkə xaricinə infoturlar təşkil etməklə, diplomatik missiyalar  və biznes nümayəndələri ilə əməkdaşlıq edərək təbliğ edib.

Azərbaycan Turizm Assosiasiyası istifadə etdiyi turizmin təbliğat alətlərinin çeşidini artıraraq, indi də incəsənət nümayəndələri ilə əməkdaşlığa başlayır.

Belə ki, Azərbaycan Turizm Assosiasiyası ilk dəfə olaraq  məşhur ukraynalı müğənni Bojena Dar və “AVİATOR” qrupunun Bakıda klip çəkilişlərinin təşkilatçısı oldu. Azərbaycan Turizm Assosiasiyası, ifaçıların istəklərini nəzərə alaraq, iki klipin çəkilişlərinin aparılması üçün xüsusi  icazələr aldı.  İlk klip “Невеста” (Gəlin)  Heydər Əliyev Mərkəzinin ətrafında və Dənizkənarı Milli Parkın ərazisində çəkilib və bu yaxınlarda klipin təqdimatı keçirilib.

Klipi aşağıdakı linkdə izləyə bilərsiz:

https://www.youtube.com/watch?v=7tgUjThIblQ&feature=youtu.be&fbclid=IwAR0TwamxhUmFos0rbXwYcbN9RQD61aohg1a0ydeBqQTPE6-N3C2OzKgikWE

Müğənni Bojena Darın daha bir klipi isə İçəri Şəhər və Heydər Əliyev Beynəlxalq Hava limanının ərazisində çəkilib, və bu klipin təqdimatı 2019-cu ilin fevralında keçiriləcək.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov yeni turizm təbliğatı vasitəsi kimi istifadə olunacaq incəsənət nümayəndələri ilə  gələcək əməkdaşlığın uğurlu olacağına, eləcə də bunun daha dəqiq təbliğat forması olmasını qeyd etdi.

“Musiqinin dilindən asılı olmayaraq bütün dünyada sevilməsini və sürətlə geniş yayılmasını nəzərə alaraq hesab edirəm ki, yeni tətbiq edəcəyimiz vasitə daha dəqiq təbliğat forması olacaq və geniş auditoriya qazana biləcək. Çünki insanlar təqdim olunan kliplər vasitəsi ilə ölkənin turist üçün maraqlı ola biləcək yerlərinin hər gün dinlədiyi musiqi vasitəsi ilə görə biləcək və təbii ki bu yerləri görmək üçün turist olaraq Azərbaycanı ziyarət etmək, daha yaxından görmək və tanımaq istəyəcəklər”- Nahid Bağırov deyib.

Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm potensialının təbliğatının genişləndirilməsi missiyasında ona dəstək olan Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, İçəri Şəhər və Dənizkənarı Milli Park idarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.