Nahid Bağırov Kiçik və orta biznesin inkişafı agentliyi yanında yaradılan İctimai Şuraya üzv seçilib

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov  Kiçik və orta biznesin inkişafı agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuraya üzv seçilib.

Yeni yaradılmış İctimai Şuranın təqdimatı bu gün keçirilib. KOBİA idarə heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, İctimai Şuraya  qeyri-hökumət və ictimai təşkilatlardan 15 nümayəndə daxildir.  İctimai Şuranın sədri Azərbaycan nar istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Fərhad Qaraşov seçilib.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovun sözlərinə görə, AZTA ictimai təşkilat olaraq, daima kiçik və orta sahikarlığın səmərəli inkişaf etdirilməsinə, eləcə də, Kiçik və orta biznesin inkişafı agentliyinin fəaliyyətinə tövhə verməyə hazırdır.

“İnanıram ki, Azərbaycan Turizm Assosiasiyasının Kiçik və orta biznesin inkişafı agentliyi yanında yaradılan İctimai Şuraya üzv seçilməsi həm turizm sahəsində fəaliyyət göstərən sahibkarlara, həm də onların qaşılaşdığı problemlərin səmərəli həllinə yardım edəcək”, – deyə Nahid Bağırov qeyd edib.