Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Esvaiti Krallığının Turizm Təşkilatı əməkdaşlıq haqqında Memorandum imzaladılar. Memorandum oktyabrın 25-də Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü çərçivəsində imzalanıb. Memorandumu AZTA rəhbəri Nahid Bağırov və Esvaiti Turizm Təşkilatının (Eswatini Tourism Authority) rəhbəri xanın Lindia Nxumalo (Lindia Nxumalo) imzaladılar. Anlaşma Memorandumunun əsas məqsədi, iki […]
Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistan Respublikasının turizmin inkişafı üzrə dövlət komitəsi Əməkdaşlıq haqqında Memorandun imzaladılar
Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistan Respublikasının turizmin inkişafı üzrə dövlət komitəsi, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində, Əməkdaşlıq haqqında Memorandun imzaladılar. Sənədi Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov və Özbəkistan Respublikasının Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Uluqbek Azamov imzaladılar. Əməkdaşlıq haqqında Memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə […]
Azərbaycan Turizm Assosiasiyası “getmə turizmi” üzrə menecer hazırlığı kursları təşkil edir
Hörmətli həmkarlar! Nəzərinizə çatdırmaq istərdik ki, tezliklə, Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Getmə Turizmi (outgoing) üzrə menecer hazırlığı kursları fəaliyyətə başlayacaq. Kursun məqsədi yeni və peşəkar turizm kadrlarının hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılmasıdır. Kurs 2 ay müddətində davam edəcək. Kursda iştirak etmək istəyən hər bir şəxs Azərbaycan Turizm Assosiasiyasının ofisinə müraciət edə bilər. Ünvan: Səməd […]
Azərbaycan Turizm Assosiasiyası “AITF 2019” sərgisində iştirak etdi
Azərbaycan Turizm Assosiasiyası (AZTA) hər il olduğu kimi, bu il də 4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində iştirak etdi. Ayrica stendlə sərgidə iştirak edən AZTA, 15 turizm şirkəti, otellər, bələdçi şirkətlər eləcə də, Tovuz Şərab Zavodu ilə təmsil olundu. Öz stendində Azərbaycanın turizm şirkətlərini, […]
Nahid Bağırov Azərbaycan-Xorvatiya hökumətlərarası komissiyasının İşçı Qrupunun iclasında
AZTA sədri Nahid Bağırov Zaqreb şəhərində keçirilən Azərbaycan-Xorvatiya hökumətlərarası komissiyasının tərkibində fəaliyyət göstərən ticarət, sənaye, kənd təssərüfatı, informasiya texnologiyaları və energetika sahəsində əməkdaşlıq üzrə İşçı Qrupunun iclasında iştirak edir.
Azərbaycan Turizm Assosiasiyası beynəlxalq sertifikatlı bələdçilər hazırlayacaq
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi”-nin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Görüşdə həmçinin AZTA-nın bələdçi komitəsinin sədri Samirə Quliyeva da iştirak etdi. Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi qarşılıqlı məlumat mübadiləsinin aparılması, hər iki ölkədə təşkil olunan bələdçı təlimlərinin metodikası, proqramları və cədvəlləri ilə qarşılıqlı […]
Nahid Bağırov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədr müavini seçildi
AZTA turizm sektorunun inkişafı tədbirləri üçün dövlət dəstəyi aldı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. Turizm Assosiasiyasının sədri Nahid Bağırov və digər üzvlər İctimai Şuranın fəaliyyətinə və Agentliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari məsələlər geniş müzakirə edilib, 2019-cu il […]
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının Yeni nəsil qarşılıqlı ödəniş sistemi 16 fevraldan Azərbaycanda tətbiq olunacaq
Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) arasında əldə olunmuş razılığa əsasən Yeni nəsil qarşılıqlı ödəniş sisteminin (NewGen ISS) yerli turizm şirkətləri üçün təqdimatı keçirilib. Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının dəstəyi ilə keçirilən təqdimatda 60 yaxın şirkət nümayəndəsi iştirak etdi və məlumatlandırıldı. Təqdimatın keçirilməsində məqsəd NewGen İSS sisteminin […]
AZTA və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb
Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu AZTA rəhbəri Nahid Bağırov və AQSİA sədri Səkinə Babayeva imzaladı. Memorandumun məqsədi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Turizm Komissiyasının AZTA ilə əməkdaşlıq əlaqələrinin qurulması, turizm sahəsində qadın sahibkarların fəaliyyətinin təşviqi və dəstəklənməsindən ibarətdir. İmzalanma mərasimi çərçivəsində tərəfər səmərəli əməkdaşlığın formalaşması […]
Nahid Bağırov Kiçik və orta biznesin inkişafı agentliyi yanında yaradılan İctimai Şuraya üzv seçilib
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Kiçik və orta biznesin inkişafı agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuraya üzv seçilib. Yeni yaradılmış İctimai Şuranın təqdimatı bu gün keçirilib. KOBİA idarə heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, İctimai Şuraya qeyri-hökumət və ictimai təşkilatlardan 15 nümayəndə daxildir. İctimai Şuranın sədri Azərbaycan nar istehsalçıları və ixracatçıları assosiasiyasının sədri […]