Kateqoriya: Baş xəbər

Azərbaycan Turizm Assosiasiyasının Baku Guide Service üçün təşkil etdiyi bələdçi kursları başa çatdı

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) BGS – Baku Guide Service üçün təşkil etdiyi bələdçi kursları başa çatdı. Təlimlər yanvarın 16-dan aprelin 1-ə kimi davam edib. İştirakçılar ücün həmçinin praktiki təlimlər təşkil olunub. Təlimlərdə 18 nəfər iştirak edib, onlardan 13-ü müvəffəqiyyətlə imtahan verərək xüsusi sertifikatlarla təltif olundular.

Nahid Bağırov Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi və “Rusiya eksport mərkəzi” SC-nin rəhbərinı qəbul edib

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev və “Rusiya eksport mərkəzi” ( АО «Российский экспортный центр») Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyevi qəbul edib. Görüş zamanı Azərbaycan və Rusiya arasında mövcud turizm münasibətləri və inkişaf perspektivləri müzakirə edilib. Qonaqlar turizm sahəsinin inkişafı məsələsinin 2017-ci ilin sentyabrında keçirilmiş “VIII Rusiya-Azərbaycan […]

Gəlmə turizm komitəsinin yeni rəhbəri seçilib

Azərbaycan Turizm Assosiasiyasının (AZTA)  gəlmə turizm komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə komitənin yeni rəhbərinin seçilməsı məsələsi daxil edilib.   Komitə üzvlərinin səsverməsi nəticəsində, gəlmə turizm komitəsinin yeni rəhbəri Nəsib Usubov  (A La Carte Travel) seçilib.  Komitə rəhbərləri AZTA-nın daxili prosedurlarına uyğun olaraq, bir il müddətinə seçilir.   Bundan öncə həmin komitəyə rəhbərliyi Murad Kərəmov (Turizm.az) […]

Azərbaycan Turizm Assosiasyasının yeni turizm bələdçiləri ilə iş üzrə komitəsı təsis edilib

Azərbaycan Turizm Assosiasyasının yeni komitəsı təsis edilib. Bu barədə Assosiasiyanın idayə heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib. “AZTA –nın idarə heyətinin qərarı ilə turizm bələdçiləri ilə iş üzrə komitə yaradılıb. Yeni komitənin artıq ilk iclası keçilib. İclasda əsasən inzibatı məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş üzrə komitənin rəhbəri Samirə Quliyeva seçilib”, – Göydəniz Qəhrəmanov […]

Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə bələdçi kursları təşkil olunacaq

Hörmətli Həmkarlar! Nəzərinizə çatdırmaq istərdik ki, tezliklə Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Baku Guide Service – in tərkibində Bələdçi kursları fəaliyyətə başlayacaqdır. Kursun məqsədi yeni və peşəkar bələdçilərin hazırlanması, bələdçilərin peşəkarlıq səviyyəsinin artırılması və bununla da turistlərə daha yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır. Tədris materialları Azərbaycan və Rus dillərində təmin olunacaq və kurs 3 […]

Azərbaycan Turizm Assosiasiyası və Macarıstan Turizm Operatorları Assosiasiyası əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar

Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Macarıstan Turizm Operatorları Assosiasiyası (MUISZ) əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar. Bu barədə razılıq bu gün Azərbaycan Turizm Assosiasiyasının ofisində keçirilən Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş çərçivəsində əldə olunub. Görüş zamanı turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olundu. Tərəflər həmçinin aprel ayında AZTA üzvləri üçün infoturun təşkil edilməsi barədə […]

Azərbaycan Turizm Assosiasiyası və Macarıstanın Azərbaycandaki səfirliyi birgə komissiya yaradır

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bu gün Macarıstanın Azərbaycandaki fövqaladə və səlahiyyətli səfiri Viktor Szederkenyi  qəbul edib. Görüş zamanı əsasən iki ölkə arasında turizm sahəsində əməkdaşlığın bu günkü səviyyəsi və perspektiv inkişaf məsələləri müzakirə olunub. Səfir 2017 –ci ildə Azərbaycandan Macarıstana gələn turistlərin sayının azalmasını qeyd edərək, bu tendensiyanın dəyişdirilməsi istiqamətində birgə fəaliyyətin həyata […]

Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası arasında (TAAİ) əməkdaşlıq haqqında Memorandum imzalanıb

Azərbaycan Turizm Asossiasiyası (AZTA), Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə, ilk dəfə olaraq Dehli şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisi – SATTE 2018 sərgisində iştirak edir. Sərgidə Azərbaycanı, assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir. Sərgi çərçivəsində Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Azərbaycan Turizm Asossiasiyasının […]

Turizm dostları ilə birgə Team Building adlı tədbir keçirildi

15-16 Yanvar 2018-ci il tarixində “Horeca Management” və “Joy Travel” şirkətlərinin birgə təşkilatçılığı ilə Nabranda fəaliyyət göstərən River İNN Hoteldə “Turizm dostları ilə birgə Team Building” adlı tədbir keçirildi. Tədbir çərçivəsində “Turizm və otelçilik” mövzusunda Azərbaycanın aparıcı turizm şirkətlərinə seminar təşkil edildi. Seminarın keçirilməsində əsas məqsəd turizm şirkətləri və mehmanxanalar arasında turizmin inkişafına dair əməkdaşlıqların […]

Azərbaycan Turizm Assosiasiyası “İlin xidmət ixracatçısı” elan olundu

Azərbaycan Turizm Assosiasiyasi (AZTA) İtisadiyyat nazirliyinin 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi sahəsində müəyyən edilmiş nominasiyalar üzrə seçilmiş “İlin xidmət ixracatçısı” nominasiyasında təltif olundu. Dekabrın 22-də Bakı Biznes Mərkəzində rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və iş adamlarının iştirakı ilə 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş […]